(20.3.1958, Göyçay ş.) – filologiya ü.f.d. (2014), dos. (2021).
Orta təhsilini Göyçay r-nunda başa vurduqdan sonra 1977–1981 illərdə indiki N.Tusi adına ADPU-da ali təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatı üzrə Göyçay r-nunun İnçə k. orta məktəbində dil və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Təyinat müddəti bitdikdən sonra yenidən Bakıya qayıtmış, 1986 ildən AMEA-nın nəzdindəki “Elm” nəşriyyatında fəaliyyətini davam etdirmişdir. O burada kiçik redaktor və redaktor vəzifələrində çalışmışdır. 2003 ildən AMEA-nın yeni təsis olunmuş Folklor İnstitutunda fəaliyyət göstərməyə başlamışdır. Əvvəlcə kiçik elmi işçi, sonra elmi işçi, daha sonra böyük elmi işçi vəzifələrində çalışmışdır.
2014 ildə “Folklorda söyləyicilik sənəti” mövzusunda dissertasiya işini müdafiə etmiş, filologiya üzrə f.d. elmi dərəcəsi almışdır. 2021 ildə dos. elmi adına layiq görülmüşdür. Əhmədli öz dissertasiya işi əsasında yazdığı “Ənənəvi söyləyicilik sənəti” adlı monoqrafiyanın müəllifidir. Bundan başqa, o, 8 kitabın tərtibçisi və 50-yə yaxın elmi məqalənin müəllifidir. Sonuncu tərtib etdiyi I cild “Göyçay folklor örnəkləri” kitabı 2022 ildə çapdan cıxmışdır. O, Türkiyə, Şimali Kipr və Rusiyada təşkil olunmuş beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Hazırda AMEA-nın Folklor İnstitutunda aparıcı elmi işçi kimi çalışmalarına davam edir.
Məlumat A.Əhmədlidən alınıb.