(2.1.1973, Göyçay r-nunun İnçə k. – 19.11.1992, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirəndən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1992 ilin iyununda cəbhə bölgəsinə yola düşüb. O, Ağdamın Sırxavənd k. alınmasında böyük şücaət göstərib. 1992 ilin noyabrında minaya düşərək ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, Əhməd gözlərini əbədi olaraq yumdu və doğulduğu kənddə torpağa tapşırıldı.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.