(10.2.1974, Göyçay r-nunun Ərəbşahverdi k. – 12.5.1994, Tərtər r-nu Qırmızıkənd k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra Göyçay ş. 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin iyununda hərbi xidmətə çağırılıb. Tərtər və Murovdağ ətrafında gedən döyüşlərdə yaxından iştirak edir. 1994 ilin mayında Güzgü yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.