(16.11.1987, Göyçay r-nunun Ləkçıplaq k. – 27.9.2020, Ağdam r-nunun İmamqulubəyli k.) – Vətən müharibəsi şəhidi.
21 sentyabr 2020 il tarixdə hərbi təlimlərə cəlb edilib, 27 sentyabr 2020 il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğma k.-də dəfn olunub. Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Ağdamın azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.