(1963, Göyçay ş.) – kimyaçı alim, kimya ü.f.d. (2016).
1981-86 illərdə ADNSU-nun Kimya-texnologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1989 ildə Bakı Maşınqayırma Zavodunun kimya laboratoriyasında aparıcı mühəndis kimi başlayıb. 2006 ildə ADNSU-nun Fiziki və analitik kimya kafedrasının Ekoloji kataliz Elmi Tədqiqat Laboratoriyasında aparıcı mühəndis işləyib. 2008 ildə həmin laboratoriyada kiçik elmi əməkdaş, 2017 ildə isə baş elmi əməkdaş təyin olunub. Onun əsas tədqiqat sahəsi “Propen, izobuten və heksen-1-in pentasil tipli yüksək silisiumlu seolit katalizatoru üzərində çevrilməsində sıxlaşma məhsullarının rolu” olub. 2018 ildən Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasında assistent vəzifəsində çalışır.
Məlumat V.Abdullayevdən alınıb.