Əhmədov (?, Göyçay qəz. – 26.7.1938, Bakı ş.) – AXC Parlamentinin üzvü.
Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (19 noyabr 1918 il) əsasən, Ticarət-sənaye ittifaqından AXC Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə “Müsavat” və bitərəflər fraksiyasını təmsil edirdi. Lakin onun adı Azərb. istiqlal tarixində digər bir xidməti ilə də yadda qalıb. Belə ki, 1919 ilin fevralında ingilislər tərəfindən Batumidə həbs edilmiş Nuru paşanı xilas etmək lazım idi. Bu mövzuda müxtəlif versiyalar irəli sürülməkdədir. Bu versiyaların birində qeyd olunur ki, İbrahim bəy Heydərov və silahdaşları Nuru paşanın xilasını çətinliklə də olsa təşkil etməyi bacarmış və onu azad etdirib Bakıya gətirmişdi. Bu işin əsas təşkilatçısı isə əslən göyçaylı, Azərb. Parlamentinin üzvü Əhmədov idi. O, otuzuncu illərdə repressiyaya məruz qalmış, həbs olunaraq güllələnmişdi.
Məlumat V.Abdullayevdən alınıb.