(1.8.1954, Göyçay ş. – 29.4.1992, Şuşa ətrafında) – Birinci Qarabağ müharibəsi şəhidi.
Azərb. Xalq Təsərrüfatı İnstitutunu bitirib (1976). 1988 ildə milli azadlıq hərəkatına qoşulur. 1990 ilin 20 Yanvar faciəsi zamanı Bakıda faciə qurbanlarını meydandan çıxararkən yaralanıb. Buna baxmayaraq, yaralı halda digər yaralıların xəstəxanaya daşınmasını davam etdirib. Dağlıq Qarabağda müharibə alovlananda bir neçə nəfərlə Göyçay Könüllülər batalyonunu formalaşdıraraq cəbhəyə yollanıb və Şuşanın müdafiəsinə qoşulub. Burada Milli Qəhrəman Ramiz Qəmbərovun komandiri olduğu Şuşa batalyonunda elə ilk günlərdən cəsarətlə döyüşüb. O, növbəti güllə yarasını Daşaltı əməliyyatı zamanı alaraq, qısa müddətlik müalicədən sonra yenidən döyüşlərə qatılıb. E.Əkbərov 1992 ilin aprelində Şuşanın Kosalar k.-də Hacı Talası adlanan ərazidə düşmənlə üz-üzə iki saat çəkən qanlı döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etdikdən sonra özü də qəhrəmancasına şəhid olub. Mayın 1-də Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.