(1914, Göyçay ş. – 1995, Bakı ş.) – İctimai-siyasi xadimi, Əməkdar hüquqşünas.
1931-37 illərdə Azərb. Neft və Kimya İnstitutunu (1937) və Moskva Ümumittifaq Hüquq İnstitutunu (1948) bitirib. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə Respublika Prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı ş. keçmiş Orconikidze (indiki Suraxanı) rayonunda, Gəncə ş.-də prokuror, Naxçıvan MR-in prokuroru vəzifələrində çalışıb. 1951-63 illərdə resp. prokuroru vəzifəsində işləyib. Azərb. SSR Baş prokuroru, II dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general-leytenantı) (1959), Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsinin müdiri, Azərb. SSR Ali Məhkəməsinin üzvü (1976-80), Azərb. SSR Ədliyyə Nazirliyində baş məsləhətçi (1985-87) vəzifələrində işləyib.
Məlumat V.Abdullayevdən alınıb.