(10.10.1956, Göyçay ş.) – polis general-mayoru (2010).
1975-77 illərdə ilk hərbi xidmətini Qazaxıstan Resp. Karaqanda ş.-də başa vurub Vətənə qayıdır. 1977 ildə Moskva Kooperativ İnstitutunun Bakı filialına daxil olub. Təhsilini yarımçıq qoyaraq Karaqandaya qayıdıb, SSRİ DİN Karaqanda Ali Milis Məktəbinə sıravi milis nəfəri işə qəbul olunur, 1979 ildə isə Karaqanda Ali Milis Məktəbinə qəbul olub.
1981 ildə Karaqanda ş. Lenin r-n Daxili işlər şöbəsində cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. 1984 ilin iyulunda Karaqanda Ali Milis Məktəbini bitirib ailə vəziyyətilə bağlı Azərbaycana qayıdır. 1985 ilin iyulunda Ağdaş r-n 8 saylı İslah Əmək Düşərgəsində əvvəlcə əməliyyat müvəkkili, sonra əməliyyat hissə rəisi vəzifələrində çalışıb. 1988 ilin aprelindən Ucar RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi, cinayət axtarış bölməsinin rəisi (1990-92), əməliyyat işləri üzrə rəis müavini (1992-96), Ucar RPŞ-nin rəisi (1996– 2001), Göyçay RPŞ-nın rəisi (2001-04) vəzifələrində işləyib. 2004 ildə polkovnik rütbəsi alıb.
2004-07 illərdə Quba r-n İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007 ildə AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib, ona general-mayoru rütbəsi verilib. 2016 ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərb. Resp.-nın Prezidenti İlham Əliyevin 1 iyul 2011 il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Məlumat ailəsindən alınıb.