(15.12.1939, Göyçay r.) – fizika-riyaziyyat ü.f.d., dos. (1997).
1957 ildə orta məktəbi, 1962 ildə isə ADU-nun Fizika fakültəsini bitirib. 1962-72 illərdə Bakı ş. Azərelektroişıq zavodunda mühəndis-texnoloq, 1972-80 illərdə Bakı ş. Elektron hesablayıcı maşınları zavodunda mühəndis-texnoloq, 1980-85 illərdə isə MEA-nın Kosmik Tədqiqatlar İnstitutunda çalışıb. 1985 ildən BDU-da işləyir. 1990 ildə “Aşqarların və elektron şualanmasının Tl İnS2-dəki faza keçidlərinə təsiri və onların yarımkeçirici xassələrlə qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat e.n. adına layiq görülüb. 1997 ildən dosentdir. Bir sıra beynəlxalq konfransların iştirakçısı olub.
Məlumat V.Abdullayevdən alınıb.