(9.6.1956, Göyçay ş.) – Azərb. Ordusunun general-mayoru (2015).
S.Orconikidze adına Ali hərbi zenit-raket məktəbini radiotexnika ixtisası üzrə bitirdikdən sonra (1976) Almaniyada Sovet qoşunlarında fəaliyyət göstərib (1977-79). 1979–83 illərdə Kiyev Ali hərbi zenit-raket mühəndisləri məktəbində təhsil alıb. Zaqafqaziya Hərbi dairəsində (1983-92) xidmət edib.
Sonra hərbi xidmətini müxtəlif zenit artilleriya hərbi hissələrinin, artilleriya və Hava hücumundan müdafiə qoşunlarının komandiri, ordu korpusunun HHM rəisi, Silahlı Qüvvələrin Təlim tədris mərkəzində HHM kafedrasının rəisi və digər yüksək vəzifələrdə davam etdirib. 2013 ildə Azərb. Resp. Prezidentinin Sərəncamı ilə Hərbi Hava Qüvvələrinin qərargah rəisi – komandanın birinci müavini vəzifəsinə təyin olunub. 2021 ildə yaşa görə tərxis olunub.
İ.Əliyev döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adına layiq görülüb. “Azərbaycan bayrağı” ordeni (22.6.2006), “Vətənə xidmətə görə” 3 dərəcəli ordeni (15.12.2020), “Vətən uğrunda” (24.6.2016), “Döyüş xidmətlərinə görə”, “Hərbi xidmətlərə görə” (25.6.2020) medalları, “Qüsursuz xidmətlərə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının hər üç dərəcəsi, “Silahlı qüvvələr veteranı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri” 90, 95 və 100 illiyi yubiley medalları ilə təltif olunub.
Məlumat V.Abdullayevdən alınıb.