(7.4.1993, Göyçay ş. – 27.9.2020, Tərtər r-nu ərazisində) – Vətən müharibəsi şəhidi, leytenant.
1996 ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhər 54 saylı orta məktəbi bitirdikdən sonra Azərb. Texniki Universitetinə qəbul olub. 2015-16 illərdə hərbi xidmətdə olub. 2019 ildə Müdafiə Nazirliyinin nəzdində olan TTM-də rabitə sahəsi üzrə 3 aylıq təlim kursu keçərək rabitəçi ixtisasına yiyələnib. Bərdədəki N saylı hərbi hissədə həmin sahə üzrə xidmətə başlayıb. Daha sonra Tərtərdəki “Mübariz” postunda rabitə rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi başlayanda Tərtərin Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub.
Nəşini döyüş meydanından oktyabrın 3-də götürmək mümkün olub. Oktyabrın 4-də II Fəxri xiyabanda dəfn edilib. Azərb. Resp. Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, “Vətən uğrunda” (15.12.2020),“Suqovuşanın azad olunmasına görə” (29.12.2020) və “Laçının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.