(1921, Göyçay ş. – 23.4.1943, Kalinin vilayətinin Kudeveri k.) – Böyük Vәtәn müharibәsi qәhrәmanı, partizan hәrәkatı iştirakçısı, kapitan.
1940 ildә orduya çağırılıb, 1941 ildә Moskva әtrafındakı vuruşmalarda iştirak edib. 1942 ildә L.Çaykina ad. partizan briqadasına qәrargah rәisi göndәrilib. 1943 ilin aprelindә briqada düşmәn mühasirәsini yararkәn hәlak olub.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: VIII cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2019.