(12.3.1963, Göyçay r-nunun Mirzəhüseynli k. – 31.8.1992, Gədəbəy r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Almaniyada hərbi xidmət keçdikdən sonra vətənə qayıdıb. Bakıda Texniki Peşə Məktəbinə daxil olub. 1984 ildə göndərişlə Rostov ş., sonra Donetsk ş.-nə işləməyə gedib. 1988 ildə Azərbaycana qayıdaraq bir müddət kolxozda, sonra isə Maşın təmiri idarəsində texnik-çilingər kimi fəaliyyət göstərib. 1992 ilin iyulunda cəbhə bölgəsinə yollanıb, avqustda Gədəbəy r-nunun Mutudərə k.-də düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsilə nəticələnən “Hörükdaş” əməliyyatı zamanı şəhid olub və Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.