(10.1.1936, Göyçay ş.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1975), prof. (1986).
Göyçay ş. 3 saylı orta məktəbində təhsil alıb, N.Tusi adına ADPU-nun Fizika-riyaziyyat fakültəsini bitirib (1959). 1959 ildə Azərb. EA Fizika institutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1960 ildə ixtisasını artırmaq üçün bir il müddətinə Moskva “Fizika problemləri” institutuna ezam olunub. 1962-65 illərdə Leninqradda (indiki Sankt-Peterburq) SSRİ Yarımkeçiricilər İnstitutunun aspirantı olub və namizədlik dissertasiyası müdafiə edərək Azərb. EA Fizika İnstitutunda fəaliyyətini davam etdirib. 1975 ildə doktorluq dissertasiyasını müdafiə edib. 1979 ildə laboratoriya müdiri, 1983-2000 illərdə Fizika İnstitutunun Kriogen bölməsinin rəhbəri vəzifələrində çalışıb. 1986 ildə prof. elmi adına layiq görülüb. 20 namizədlik, 2 doktorluq dissertasiyasının rəhbəri olub. 200-dən artıq elmi əsərin, 15 müəlliflik şəhadətnaməsinin sahibidir.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: VIII cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2019;
http:/ ensiklopediya.gov.az /az/terms/18811/20