(8.3.1988, Göyçay ş.) – sosioloq alim, sosiologiya ü.f.d. (2017).
Azərb. Dillər Universitetini Koreya dili – ingilis dili tərcümə ixtisası üzrə bitirib (2009). 2010-13 illərdə Koreya Resp.-nın təqaüd proqramı ilə Koreyanın Koreyaşünaslıq Akademiyasında sosiologiya ixtisası üzrə magistratura təhsili alıb. Daha sonra həmin akademiyada sosiologiya ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub və burada müdafiəni başa vuraraq sosiologiya ü.f.d. dərəcəsini alıb. Bu müddət ərzində müxtəlif qurumlarda tərcüməçi, Koreya dili müəllimi və elmi araşdırmaçı olaraq fəaliyyət göstərib. 2008-10 illərdə SEBA-da (Seul–Bakı Koreya–Azərb. mədəniyyət mübadiləsi assosiasiyası) tərcüməçi və Koreya dili müəllimi olaraq çalışıb. Koreyaşünaslıq Akademiyasında həyata keçirilən bir çox proyektlərdə assistent elmi araşdırmaçı olaraq fəaliyyət göstərmiş, Koreyanın Mirae 2080 sosial-korporasiya şirkətində araşdırmaçı işləmişdir. 2017 ilin sentyabr ayından Azərb. Dillər Universiteti nəzdindəki Koreya Mədəniyyət Mərkəzində baş mütəxəssisdir və koreyaşünaslıq üzrə elmi fəalliyyətini davam etdirir.
Mənbə: A.Kəngərli. “Bir məktəbin tarixi”. Bakı. 2018.