(29.8.1985, Göyçay ş.) – Azərb. Resp.-nın Avstriya Resp.-dakı Səfirliyinin 2-ci katibi.
Z.Əlizadə orta təhsilini 1992–2002 illərdə 91 saylı orta məktəbdə alıb. 2002-06 illərdə BDU-nun Beynəlxalq Əlaqələr fakültəsinin bakalavr pilləsində ali təhsil alıb. 2006-08 illərdə isə BDU-nun Beynəlxalq Əlaqələr fakültəsinin magistr pilləsində (qırmızı diplomla), 2009-10 illərdə isə C.Koreya Resp.-nın Koreya Universitetinin Beynəlxalq Əməkdaşlıq və İnkişaf fakültəsinin magistr pilləsində təhsil alıb.
Z.Əlizadə “Azercell” MMC şirkətində Müştərilərlə Əlaqələr departamentinin əməkdaşı (2006-09), “Heerim Architects & Planners” şirkətində Menecer köməkçisi (2010), Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri – mətbuat katibi (2011-13), XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin İkitərəfli Əməkdaşlıq Şöbəsinin attaşesi (2013-16), Azərb. Resp.-nın Bolqarıstan Resp.-dakı Səfirliyinin 3-cü katibi (2016-20), XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin Aİ ilə Əməkdaşlıq şöbəsinin 2-ci katibi (2020-22), 2023 ildən bu günədək Azərb. Resp.-nın Avstriya Resp.-dakı Səfirliyinin 2-ci katibidir.
Məlumat Z.Əlizadədən alınıb.