(25.3.1958, Göyçay r-nunun Hacalıkənd k. – 16.8.1992, Ağdam r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra Ukraynanın Dnepropetrovsk ş. gedib. Burada işləyərkən ermənilərin Xocalı ş.-də törətdiyi soyqırımı eşidib Azərb.-a qayıdır və “Qarabağ könüllüləri” dəstəsinə qoşularaq Şuşanın Nəbilər, Laçının Köhnəkənd, Ağdamın Gülablı k. gedən döyüşlərdə iştirak edir. Düşmənlə döyüşdə yaralanan Vahid yarasının tam sağalmasını gözləmədən yenidən hərbi hissəyə qayıdıb və döyüşlərə qatılıb. Ağdamda gedən döyüş zamanı düşmənin bir tankını məhv edib və qəhrəmancasına şəhid olub. Doğulduğu Hacalıkənd k. qəbiristanlığında dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.