Azərb. Resp. İsmayıllı r-nunda çay. Göyçayın sol qolu. Uz. 36 km, hövzəsinin sahəsi 427 kv.km, Niyaldağ silsiləsindən başlayır. Əsasən yeraltı və yağış suları ilə qidalanır. Əsas qolu Axox çayıdır. Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Aşıqbayramlı və Yekəxana su anbarlarına axıdılır.
Mənbə: ASE. 10 cilddə, IV cild, Bakı, 1980, s.153.