(5.2.1985, Göyçay r-nunun İnçə k.) – riyaziyyatçı alim, riyaziyyat ü.f.d. (2014), dos. (2019).
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib (2006). BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” ixtisası üzrə magistratura pilləsini “Fərqlənmə” diplomu ilə bitirib (2008). Sonra təhsilini AMEA Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasıda davam etdirib (2008-11). 2012-13 illərdə BDU-da müəllim, 2013-19 illərdə Azərb. Universitetində, 2018 ildən isə Bakı Avrasiya Universitetində baş müəllim, 2019 ildən isə Bakı Qızlar Universitetində dos. kimi fəaliyyət göstərib. 2013 ildə “Markov zəncirinin trayektoriyaları ilə təsvir olunan təsadüfi dolaşmalar üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat ü.f.d. elmi dərəcəsini alıb. Hazırda ADBTİA-nın baş müəllimidir. Əsas tədqiqat sahəsi: “Təsadüfi dolaşmalar, Kütləvi xidmət sistemləri, Təsadüfi proseslər üçün sərhəd məsələləri, statistik modelləşdirmə”dir.
Əsərləri:
İki gecikdirilən ekranlı dolaşma prosesin tədqiqi. Heydər Əliyevin 85 illik yubleyinə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” elmi konfransının materialları. Bakı, 2008, səh.105-106.
Rahimov F.H., Abdurakhmanov V.A., Azizov F.J. – Integral limit theorems for the first passage time of parabolas by Markov chains. National Akademy of Sciences of Azerbaijan Proceedings of İnstitute of Mathematics and Mechanics. Volume XXXI (XXXIX). Baku, 2009, pp.139-144
Məlumat V.Abdullayevdən alınıb.