(1.11.1953, Göyçay r-nunun Yalman k.) – rəssam, sənətşünaslıq e.d. (2004), professor (2017), Əməkdar incəsənət xadimi (2014), Azərb. Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvü.
Orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirəndən sonra təhsilini Azərb. Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsində davam etdirib. 1983 ildə təyinatla Təhsil Nazirliyində metodist vəzifəsində çalışmağa başlayıb. O, Azərb. Rəssamlar İttifaqının nəzdində H.Z.Tağıyev adına təsviri sənət üzrə “Uşaq Xalq Universiteti”ni yaradıb. R.Əzizov “Azərbaycan pioneri” qəzetində bununla bağlı rəsm studiyası açıb. 1992 ildən ailəliklə İstanbula köçüb.
1994 ildə Mərmərə Universitetində “Azərbaycanda rəssamlığın tədrisi tarixindən” adlı elmi iş yazıb sənətşünaslıq doktoru dərəcəsi alıb. İstək Vəqfi başçısının mədəniyyət və incəsənət üzrə məsləhətçisi, 1996 ildən isə Türkiyənin ən böyük özəl təhsil qurumu olan Yedditəpə Universiteti təhsil şurasının üzvü olaraq işə başlayıb. Onun Türkiyənin dövlət muzeylərində 155 ədəd tarixi mövzuda yağlı boya əsəri var. Türkiyə Dəniz Qüvvələri Komandanlığının sənət layihələrində iştirak edən Rafiq Əzizov komandanlığın muzeyində saxlanan tarixi əsərlərin bərpası üzərində çalışır.
Məlumat V.Abdullayevdən alınıb.