oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündədir. 1917 və 1933 illərdə Buğur kimi qeydə alınıb. Tədqiqatçılara görə, Şamaxı r-nundakı Niyaldağın ətəyində yerləşən Buğurt qalası 1537 ildə dağıldıqdan sonra əhali köçüb indiki yerdə məskunlaşmışdır. Azərb. dilində və dialektlərində bığır “üçyaşar erkək dəvə”, buğur “kök, qüvvətli, güclü”; “birlik” mənalarında işlənir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 95.