Göyçay döyüşləri (18 iyun-2 iyul 1918 il)
Göyçay döyüşlərinin tarixşünaslığı
Azərb.-ın beş min illik dövlətçilik tarixi Vətənimizin istiqlalı uğrunda mübarizələrlə, qəhrəmanlıqlarla zəngindir. XX əsrin əvvəllərində baş vermiş belə qəhrəmanlıqlardan biri Göyçay döyüşləridir. Azərb. tarixinin qəhrəmanlıq səhifələrindən olan “Göyçay döyüşləri” mövzusu bu gün öz aktuallığı ilə diqqəti cəlb edir.
Göyçay döyüşləri haqqında sovet dövründə obyektiv kitab və məqalələr yazmaq qadağan olunduğundan yalnız Azərb.-ın dövlət müstəqilliyinin bərpasından sonra bu mümkün olmuşdur. Göyçay döyüşləri haqqında əhaliyə obyektiv məlumatların verilməsi Azərb. Resp.-sı ərazisinin 20%-nin işğal altında qaldığı hazırkı dövrdə xalqın qələbəyə inamının artırılmasında müstəsna rola malikdir.