GÖYÇAY AZƏRBAYCAN TARİXİNDƏ VƏ MƏDƏNİYYƏTİNDƏ (OÇERKLƏR) BÖLÜMÜNƏ SÖZARDI
Regionlar üzrə tədqiqatların aparılması, o cümlədən ensiklopediyaların hazırlanması Azərbaycan mühitində çox vacibdir. Azərbaycan öz mədəniyyətinə görə Şərq və Qərbi birləşdirən multikultural məmləkətdir. Ölkəmizin milli tərkibi də rəngarəngdir, bir çox xalqlar, din mənsubları burada sülh və qardaşlıq şəraitində yaşayır. Coğrafi cəhətdən də dünyanın 11 iqlimindən 9-u Azərbaycanda mövcuddur. Mədəniyyətimizin, təbiətimizin, əhalimizin belə rəngarəngliyi bizim milli sərvətimizdir, milli mədəniyyətimizin zənginliyidir. Buna görə də regional tədqiqatlar ilk növbədə azərbaycanşünaslıq və azərbaycançılıq baxımından vacibdir.