(1.2.1975, Göyçay r-nunun Mırtı k. – 29.1.1994, Füzuli r-nunun Aşağı Əbdürrəhmanlı k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
1992 ildə hərbi xidmətə çağırılıb. Bir müddət Goranboyda olub, sonra isə Ağdamın Xıdırlı k.-də gedən döyüşlərdə iştirak edib. Ağdamın işğalından sonra Gəncəyə gəlib. 1993 ilin dekabrında yenidən cəbhəyə yola düşüb. 1994 ildə Füzuli ətrafında gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.