oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Yekəxana gölünün sahilində, Qaraməryəm tirəsinin ətəyindədir. Kəndin adı XIX əsrdə Şamaxı qəz.-da maldarlıqla məşğul olmuş şahsoltanlı nəslinin adı ilə bağlıdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 205.