Kürdşaban inzibatı ərazi dairəsi üzrə nümayəndiliyində kənddir. Ərazisi 841 ha, əhalisi 356 nəfər, təsərrüfatlarının sayı 66-dır. Göyçay r-nunun qədim tarixə malik kəndlərindəndir. XX əsrin əvvələrinə kimi kəndin əhalisi indikindən təqribən 2 dəfə çox olmuşdur. 1930 illərə kimi k. Yeykənd adlanmış, sonradan sözün tərkibindəki “Yey” (yaxşı) yeni sözü ilə əvəzlənmişdir. Kənd “yuxarı baş”, “orta məhəllə”, “orta küçə”, “aşağı baş” və “binaslı” adlı beş hissədən ibarətdir. K.-də Alı qoruğu, daşlı qoruq, Xanım arxı, Xəysə bərəsi, Komsamol yeri, Hacı İsmayıl meşəsi, baş bərə adlanan yerlər vardır. Hazırda “binaslı” adlı hissədə heç kim yaşamır. XX əsrin 30-60 illərində bu məhəllənin sakinləri Bakı, Göyçay, Ucar şəhərlərinə və kəndin “yuxarı baş” və “orta məhəllə” adlanan hissəsinə köçmüşdür. K.-in qədim qəbirstanlığı Bakı-Tblisi dəmiryolunun çəkilişi zamanı iki hissəyə bölünmüşdür. Hazırda orada dəfn olunan yoxdur. Kəndin ikinci qəbirstanlığı təqribən 200 il əvvəl salınmışdır. Kənddə bir neçə müqəddəs sayılan yer vardır. Pir qarağac, əncir piri, iydə piri və pir qovaq, nar piri, pir narlıq deyilən bağ və Məmməd oğlu Alı ocağı deyilən ziyarətgah vardır. Kənd Kürdşaban, Məlikənd, Qızılağac, Şıxəmir k.-ləri və Ucar rayonunun Küçəkənd, Pirkənd və Çiyni k.-ləri ilə həmsərhəddir.
Məlumat A.Məmməddən alınıb.