(1.1.1975, Göyçay ş.) – iqtisadçı alim, iqtisad ü.f.d. (2009), dos. (2017).
1991 ildə Azərb. Texnologiya İnstitutuna daxil olub, 1996 ildə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1996–2001 illərdə bitirdiyi institutda laborant, baş laborant, müəllim və baş müəllim vəzifələrində işləyib. 2002-13 illərdə UNEC-in İqtisadi nəzəriyyə kafedrasında baş müəllim, 2013-15 illərdə həmin kafedrada, 2015-17 illərdə UNEC-in Nəzəri və praktik iqtisadiyyat kafedrasında işləyib, 2017 ildən bu günə qədər isə UNEC-in Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının dosenti və həmin kafedrada “İqtisadiyyat” ixtisasının rəhbəri vəzifəsində çalışır. 41 çap vərəqi həcmində 26 elmi əsərin müəllifidir. Ş.Hüseynova 2008 ildə “Müxtəlif təsərrüfat formaları şəraitində ixtisaslı kadr hazırlığı və hazırlıq sistemlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edib.
Əsərləri:
Hüseynova Ş.A. İxtisaslı qadın kadrların əməyindən səmərəli istifadə edilməsi. Azərbaycan aqrar elmi nəzəri jurnalı. №3-4, Bakı, 2006.
Mənbə: https://unec.edu.az/i-f-d-dos-huseynova-sehla-akif/