oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 211.