(23.6.1947, Göyçay ş.) – səhiyyə işçisi, tibb e.d, prof. (1990), Əməkdar elm xadimi (2016).
23 iyun 1947 ildə Göyçay ş.-də anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərb. Tibb İnstitutuna daxil olub və 1971 ildə oranı bitirib. Həmin ildən bu təhsil müəssisəsində baş laborant, assistent və dosent vəzifələrində çalışıb. Mədə-bağırsaq, qaraciyər və öd yolları, mədəaltı vəzin cərrahiyyə əməliyyatları üzrə dünya miqyaslı mütəxəssisdir. 200-ə qədər elmi məqalənin, cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir. Hazırda Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktorudur. O, bir müddət Baku City Hospitalın direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 avqust 2016 il tarixli qərarı ilə Surxay Hadiyev ATU Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunub.
Məlumat V.Abdullayevdən alınıb.