(2.2.1958, Göyçay ş.) – tarix ü.f.d. (1989), dos.(1996).
1980-85 illərdə Ağdaş Kənd Təsərrüfatı Texnikumunda müəllim və fənn komissiyasının sədri işləyib. BDU-nun Tarix fakültəsinin “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993) vəzifələrində çalışıb. 1996 ildən həmin kafedranın dosentidir. 2004-06 illərdə “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrasının müdir əvəzi vəzifəsində çalışıb. 2006 ildən həmin kafedranın müdiridir. “XIX əsrin birinci 30 illiyində Şimali Azərbaycanda aqrar siyasəti“ mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 170-dən çox elmi məqalənin, dərslik, proqram, dərs vəsaiti və kitabın müəllifidir.
Kitabları:
Azərbaycan tarixi – Uzaq keçmişdən 1870-ci illərə qədər. Dərslik. Azərbaycan nəşriyyatı. Bakı, 1996, 2007, həmmüəllif
Xanlıqlar və Rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər). Dərs vəsaiti. Qrifli nəşr Bakı, “Adiloğlu”, 2005 232 s. 14,5 ç.v.
Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onillilərinədək) dərslik. Bakı, 2019, 25 ç.v.
Məlumat M.Abdullayevdən alınıb.