(7.11.1951, Göyçay ş.) – texnika e.d. (2002), prof. (2004).
Ç.İldırım adına AzPİ-də (indiki Azərb. Texniki Universiteti) təhsil alaraq həmin institutun Nəqliyyat fakültəsini bitirib (1973). Azərb. İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərb. Memarlıq və İnşaat Universiteti) dosenti (1983-94), Tatarıstan Respublikasının Almetyevsk Dövlət Neft İnstitutunda (ADNİ) Tətbiqi riyaziyyat kafedrasının müdiri (1995–2006), həmin institutda Neft və qazın nəqli və saxlanması kafedrasının müdiri (2006). 2000 ildən ADNİ-nin Mexanika mühəndisliyi fakültəsinin dekanı vəzifəsində çalışır.
Məlumat V.Abdullayevdən alınıb.