(2.6.1970, Göyçay r-nunun İnçə k.) – kimyaçı alim, kimya ü.f.d. (2007).
1977 ildə İnçə k. orta məktəbində 1-ci sinfə gedib və 1987 ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 1987 ildə BDU-nun Kimya fakültəsinə daxil olub, 1992 ildə universiteti bitirib.
1998 ildə BDU-da baş laborant vəzivəsində işləməyə başlayıb. 2002 ildə BDU-ya qiyabi aspitanturaya qəbul olunub, 2007 ildə “Mo(VI), W(VI) və Ti(IV)-nın H3PO4 mühitində ksanten boyaları və səthi aktiv maddələrlə fotometrik təyini” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. Fəqanə xanım 40-dan çox məqalə və tezisin, 2 patentin müəllifidir. Elmi əsərləri bir çox ölkələrin qabaqcıl jurnallarında dərc olunub. 2013 ildən BDU-da müəllim vəzifəsində çalışır.
Məlumat F.Xəlilovadan alınıb.