Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilən “Göyçay” Kiçik Su Elektrik Stansiyası (KSES) fəaliyyətə başladığı gündən cari il oktyabrın 1-dək 46,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin doqquz ayında stansiyada 5,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, “Göyçay” KSES 2015-ci il oktyabrın 6-da fəaliyyətə başlayıb. Ümumi gücü 3,1 meqavat olan stansiyada hər birinin gücü 1,03 meqavat olan 3 ədəd hidroaqreqat quraşdırılıb, 10 kilovoltluq yarımstansiya və elektrik veriliş xətləri çəkilib.