(16.1.1969, Göyçay r-nunun Ləkçıplaq k. – 24.1.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Göyçay ş. 106 saylı Texniki Peşə Məktəbində (İndiki Göyçay Peşə Liseyi) sürücülük peşəsinə yiyələnib. İlk hərbi xidmətini 1987 ildə Gürcüstanın Duşeti ş.-də keçib, sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1993 ilin fevralında İ.İsmayılov Milli Orduya çağırılıb. Ağdərə ətrafında Sərsəng su anbarı və Mehmanədə gedən ağır döyüşlərdə yaralanaraq evə buraxılıb. Kənd xəstəxanasında müalicə olunduqdan sonra, 1994 ilin yanvarında təkrar cəbhəyə yola düşüb. Kəlbəcər ətrafında gedən döyüşlərdə təqribən 60-dan çox erməni məhv edən İ.İsmayılov Qanlıkənd uğrunda döyüşlərin birində şəhid olub. Yanvarın 29-da doğulduğu k.-də torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.