(13.10.1971, Göyçay ş. – 17.4.1994, Tərtər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra 1989 ildə AzPİ-nin (indiki Texniki Universitet) Mexanika fakültəsinə daxil olub. Elə həmin il də hərbi xidmətə yola düşüb. RF-nin Orenburq ş.-də hərbi xidmət keçib. 1992 ilin avqustunda, I Qarabağ müharibəsinin ən qızğın vaxtlarında S.Kərimov cəbhə bölgəsinə yollanıb. Əvvəlcə kəşfiyyat bölməsində xidmətə başlayıb. Çıldıran, Dovşanlı, Vəngli və s. kəndlər uğrunda gedən döyüşlərdə yaxından iştirak edib, Umudlu, Aterk k.-lərinin və Sərsəng su hövzəsinin alınmasında böyük rəşadət göstərib.
Tərtər istiqamətində ayaqlarında soyuqdan yaranmış zədələnmələr səbəbindən bir müddət müalicə alan Seymur 1993 ilin martında yenidən cəbhəyə dönür. 1994 ilin aprelində Seymur kəşfiyyat dəstəsindən minomyotçu heyətinə daxil edilir. Elə ilk günlərdə qızğın döyüşlər zamanı heyət düşmənin bir tankını məhv edir, xeyli canlı qüvvəni sıradan çıxarır. Seymur Qırmızıkənd və Şotlanlı istiqamətlərində gedən döyüşlərdə şəhid olub və Göyçay ş.-də kənddə dəfn edilib.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.