(8.9.1971, Göyçay r-nunun Qarabaqqal k. – 23.3.1993, Qubadlı r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nin Krasnoyarsk vilayətində, sonra isə Almaniyada keçib. Burada tank ordusu hissəsində hərbi texnikanın sirlərinə yiyələnib. Hərbi xidməti başa vurandan sonra vətənə qayıdıb. 1992 ildə cəbhəyə yollanıb. Qubadlı r-nunun Yazıdüzü k.-də gedən döyüşlərdə iştirak edib. 1993 ilin martında Seytaz k. uğrunda gedən döyüşdə snayper gülləsindən aldığı ağır yaralardan həyatını itirib. Doğulduğu k.-də dəfn olunub.
Məlumat ailəsindən alınıb.