(3.8.1981, Göyçay ş.) – filoloq alim, filologiya ü.f.d. (2013), dos. (2019).
1998 ildə Göyçay ş. M.Füzuli adına 6 saylı orta məktəbi bitirdikdən sonra N.Tusi adına ADPU-nun Filologiya fakültəsinə daxil olub, 2002 ildə bakalavriat səviyyəsini, 2004 ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən ADPU-nun Azərb. dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb, 2009 ildə baş müəllim, 2019 ildə isə Azərb. dilçiliyi kafedrasının dos.-i elmi vəzifəsinə seçilib. 2007 ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasına daxil olub, 2013 ildə “Göyçay rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə f.d. elmi adını alıb. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə “Azərbaycan toponimlərində arxaik apelyativlik” mövzusunda dissertasiyası üzərində çalışır.
70-dən çox elmi tezis və məqalənin, dərs vəsaitinin və bakalavriat səviyyəsi tələbələri üçün nəzərdə tutulmuş bir neçə proqramın müəllifidir.
BMT-nin İnkişaf Proqramı, ADPU və “Lider Qadınlar” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən ADPU-nun Gender təhsili və araşdırmaraları mərkəzində, “Azərbaycanda gender tədqiqatlarının dəstəklənməsi” layihəsi çərçivəsində, “Məişət zorakılığı ilə mübarizə haqqında”, “Qanun sahəsində müəllimlər və tələbələr üçün maarifləndirmə” layihəsində dinləyici və təlimçi qismində, həmçinin onlarla beynəlxalq və resp. səviyyəli elmi konfranslarda, seminarlarda və vebinarlarda həm moderator, həm də iştirakçı kimi çıxış edərək sertifikatlarla təltif olunub. Məqalələri dünyanın bir neçə nüfuzlu jurnallarında çap olunub.
KİV-in keçirdiyi sorğuya əsasən, “İlin müəllimi”, “Zəfər”, “Zəfər yolu”, “Zirvədəki Azərbaycanlı” fəxri mükafatlarına layiq görülüb. Hazırda Azərb. dilçiliyi kafedrasının müdiri, Azərb. Qızıl Aypara Cəmiyyətinin Filologiya fakültəsi üzrə bölmə sədri, YAP Gənclər Birliyinin III və IV kurslar üzrə kuratoru, “Filoloq” qəzetinin redaksiya heyətinin, ADPU-nun Tədris-Metodiki Şurasının və Fakültə Elmi Şurasının üzvüdür.
Əsərləri:
Dilçiliyə giriş – Ümumi dilçilik proqramı. Bakalavr hazırlığı üçün proqram, ADPU-nun nəşri, Bakı, 2015. (proqram);
Coğrafi nomenli Azərbaycan toponimləri. Ulu Öndərin anadan olmasına həsr olunmuş “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq elmi konfransın materialları”. II hissə, Bakı, 3-5 may, 2016. (məqalə);
Azərbaycan onomalogiyasının əsasları (Göyçay rayonunun toponimləri əsasında), ADPU-nun nəşri, Bakı, 2018. (dərs vəsaiti).
Mənbə: https://filologiya.az