(12.5.1953, Naxçıvan MR Şərur r-nunun Kərki k.) –pedaqoq, Əməkdar müəllim (2011).
N.Tusi adına ADPU-nun Fizika fakültəsini bitirib (1975). Əmək fəaliyyətinə Göyçay r-nunun Şıxbəy k. məktəbində fizika müəllimi kimi başlamışdır (1975-76). Sonra Göyçay r-nunun Qarabağlar k. orta məktəbində fizika müəllimi (1977-87), Göyçay r-n Təhsil Şöbəsində inspektor (1987–2003) kimi fəaliyyət göstərmişdir. 2003-19 illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə rəhbərlik edib. Onun rəhbərliyi dövründə bu təhsil müəssisəsi müasir dövrün tələblərinə uyğun yüksək inkişaf mərhələsinə çatmışdır. X.Orucov hazırda ictimai sahədə fəaliyyətini davam etdirir. O, 2021 ildən Göyçay r-n Ağsaqqallar Şurasının sədri vəzifəsini icra edir. Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktor-professorudur(1994).
Mənbə: https://agsaqqallarsurasi.az/x%C9%99lil-orucov-70/