(12.7.1956, Göyçay ş.) – mədəniyyət xadimi, Əməkdar artist (2000).
ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib (1979). 1979–2000 illərdə Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor (1979–2000), Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi (2000-06), Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru (2006-18) və Sumqayıt Dövlət Dram teatrının direktoru (2018-22) vəzifəsində çalışıb.
M.Həmidov 2010 ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən “İlin teatr xadimi” nominasiyası ilə “İlin markası mükafatı”, 2011 il may ayının 18-də Azərb. KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Azərbaycan bayrağı” diplomu, “Alman–Azərbaycan Cəmiyyəti“ tərəfindən Alman–Azərbaycan dostluq ənənələrinin inkişafına görə “Körpü” diplomu, 2012 ilin aprel ayında Almaniyada N.Gəncəvi adına Azərb. Mədəniyyət İnstitutu tərəfindən ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin genişmiqyaslı təbliğinə və Azərb. həqiqətlərinin dünyaya çatdırılmasında layiqli xidmətlərinə görə fəxri fərman, 2013 ilin oktyabr ayında RF-in Teatr Xadimləri İttifaqının K.Stanislavski adına mükafatı ilə təltif olunub. 2014 ilin mart ayının 27-də Kalmıkiya Resp.-nın Əməkdar incəsənət xadimi Fəxri adına layiq görülüb.
Məlumat V.Abdullayevdən alınıb.