(11.11.1952, Göyçay ş.) – həkim-stomatoloq, tibb elmləri ü.f.d. (2002), dos. (2020), SSRİ tibb əlaçısı (1989), Ali dərəcəli həkim (1996).
1970 ildə Göyçay r-nu 1 saylı tam orta məktəbi, 1975 ildə ATU-nu bitirib. 1980-91 illərdə Yüngül Sənaye Nazirliyinin sanatoriya profilaktoriyasında həkim-stomatoloq və baş həkimin müavini işləyib. 1984 ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun terapevtik stomatologiya kafedrasında elmi araşdırmalarla bərabər, assistent kimi çalışıb. 1992 ildən 1996 ilin avqust ayına qədər könüllü olaraq AR MN-in “231” saylı H/H-də aparıcı həkim (Birinci Qarabağ müharibəsi dövründə könüllü hərbi xidmətetmə), 1996–2015 illərdə Resp. Uşaq Stomatoloji Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. 2015-22 illərdə 1 saylı Uşaq Stomatoloji Poliklinikasında baş həkim olub. 2015 ildən ADPU-nun Fiziologiya kafedrasıda pedaqoji fəaliyyətlə məşğuldur. 18 elmi məqalənin, 7 tezisin, 7 dərsliklər və tədris vəsaitin müəllifidir. 2022 ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Məlumat R.Soltanovdan alınıb.