(6.6.1996, Göyçay r-nunun Çaxırlı k. – 24.10.2020, Füzuli r-nu ərazisində) – Vətən müharibəsi şəhidi.
Bakı ş. Nərimanov r-nunda yaşayıb. Adilov 2014 ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov r-n Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Azərb. Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.
Adilov 2016 il aprelin 1-dən 2-nə keçən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində başlanan Aprel döyüşləri zamanı hərbi əməliyyatların fəal iştirakçısı olub. 2016 ildə hərbi xidmətdən tərxis olunub. 2020 ilin 14 iyul tarixində Tovuz döyüşlərindən sonra başlanan səfərbərlik zamanı Adilov da hərbi təlim toplantılarına çağırılıb. O, 2020 il sentyabrın 27-də Azərb. Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərb.-ın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin və Xocavəndin azad olunması uğrunda döyüşlər zamanı şəhid olub. Nərimanov r-da dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərb. Resp. Prezidenti İ.Əliyevin müvafiq Sərəncamlarına əsasən Adilov ölümündən sonra “Vətən uğrunda” (15.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020) və “Füzulinin azad olunmasına görə” (24.6.2021) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.