Göyçay ş.-nin mərkəzində yerləşən islam dini abidəsi (1906). Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilib. Məscidin qədim tarixi var. 1764 ilə qədər bu məkan ətrafında heyva ağacları olan pir-qəbir olub. Bu səbəbdən yerli əhali tərəfindən buraya “heyvalıq” da deyirlərmiş.1764 ildə bir tacir burada 10-12 nəfərin namaz qılması üçün hücrə tikdirir və hücrənin girişində qapı qoydurur. Buradan karvan keçərkən insanlar namaz qılar, yaxud gecə qalarmışlar. 1898 ildə əhalinin çoxluğuna görə məscidin tikilməsi qərara alınır. Məscid 150-200 nəfərlikdir. Tarixi “Heyvalı” məscidi kimi tanınan Mərkəz məscidinin girişində karvansara tikilmişdi. Məscid naməlum şəxslər tərəfindən 1924 ildə yandırılıb, həmin ildə yenidən bərpa edilib. 1924-30 illərdə Pedaqoji Məktəb kimi fəaliyyət göstərib. 1955 ildən sonra orta məktəb olub. Məscidin yerində tikilmiş 4 saylı məktəb bir neçə dəfə yanğına məruz qalıb. 2000 il aprelin 6-da yenidən bərpa üçün təməli atılmış Mərkəz məscidi 2002 il sentyabr 27-dən ibadətə açılıb.
Mənbə: https://irs.gov.az/religion/mscidlr