(22.2.1938, Göyçay ş.) – mühəndis, Şimali Osetiya-Alaniya Resp.-nın 1-ci dərəcəli Dövlət müşaviri, Şimali Osetiya-Alaniya Resp.-sı yanacaq və energetika komitəsinin sədri (2005), Beynəlxalq Pedaqoji EA-nın həqiqi üzvü, Rusiya Elektrotexnika elmləri Akademiyasının müxbir üzvü, texnika e.d.(1989), prof.(1991)
Şm. Qafqaz dağ-mədən institutunu (1960) və Novoçerkassk politexnik institutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirib (1963-66). “Sevkazqiprosvetmet” layihə institutunda mühəndis, 1960-63 illərdə isə ŞQDMİ-da assisent işləyib. Sonra ETİ-nun elektrik maşınları kafedrasında çalışıb. 1974 ildə QSXİ-da energetika kafedrasının müdiri, ETL rəhbəri olub. 1995–2005 illərdə Şm. Osetiya-Alaniya Respub. regional energetika komitəsinin sədri vəzifəsində çalışıb. 2005 ildən Şimali Osetiya-Alaniya Resp.-nın Yanacaq və Energetika Komitəsinin sədri, Şimali Osetiya-Alaniya Resp.-nın Hökumət başçısının müşaviri olub (2005-06). 2000 ildən indiyədək Şimali Osetiya-Alaniya Resp. başçısının yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviridir.
O, müxtəlif beynəlxalq və Ümumrusiya forumlarında, o cümlədən BMT-nin Nyu-York, Cenevrə, Nayrobi, Keyptaundakı tribinalarında, “EXPO 2017 Astana” beynəlxalq sərgisində, Kreml sarayında Rusiyada və Dünyada iqtisadiyyatın və yanacaq-energetika kompleksinin inkişaf problemləri haqqında çıxış edib.
400-dən artıq elmi əsərin, o cümlədən 20 ixtira və patenti, 20-dən çox kitabın, o cümlədən altı monoqrafiyanın müəllifidir. Onun rəhbərliyilə Şm Osetiya-Alaniya Respub. elektroenergetikasının inkişaf proqramı işlənib hazırlanıb.
Tələbələr, aspirantlar və doktorantlarla işləyir, Gürcüstan Dövlət Aqrar Universitetinin energetika kafedrasının professorudur. Gürcüstan Aqrar Universiteti də daxil olmaqla iki doktorluq dissertasiya şurasının üzvü olub. Bir neçə metodik vəsait və dərslik müəllifidir. Onun rəhbərliyi ilə on üç namizədlik və bir doktorluq dissertasiyası hazırlanıb.
Məlumat İ.Xuzmiyevdən alınıb.