(25.8.1986, Göyçay ş.) – rəssam, Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü (2022), Şimali Amerika YB-nin üzvü, Azərb. Rəssamlar İttifaqının üzvü (2020).
UNEC-də Dünya İqtisadiyyatında İnformasiya Texnologiyaları ixtisası üzrə təhsil alıb (2007). İqtisadiyyat və kompüter proqramları üzrə elmi bilgilərə malikdir. Sonrakı fəaliyyətini rəssam kimi davam etdirib. Əsasən portretlər, kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri üzərində çalışan Əliyev bir çox resp. və beynəlxalq sərgilərdə və müsabiqələrdə iştirak edib. Dünyanın 30-dan çox dövlətində, o cümlədən ABŞ, Türkiyə, Pakistan, Rusiya, İtaliya, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Norveç, Yunanıstan, Macarıstan, Hindistan, İndoneziya, Avstraliya, Braziliya, Suriya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxaq sərgi, müsabiqə və forumlarda iştirak edərək uğurlar qazanıb, diplomlara, fəxri fərmanlara, sertifikatlara, mükafatlara və təltiflərə layiq görülüb.
N.Əliyev 14 dəfə Hindistanda keçirilən beynəlxalq müsabiqədə münsif qismində iştirak edib. “XXI Əsrin Ziyalıları” Xeyriyyə İB tərəfindən “Əsrin Ziyalısı – İlin rəssamı” fəxri diplomu ilə təltif olunub (2017), “Qafqaz-Media” İB tərəfindən, “İlhamlı Azərbaycan” döş nişanı və “Xarıbülbül” medalı ilə təltif olunub. “Caspian Awards 2020” Azərb. layihəsində “İlin Peşəkar Rəssamı” adına (2020), “Diamonds of Turkey Awards 2021” Azərb. layihəsində “Türkiyənin Brilyant Simaları” mükafatına (2021) layiq görülüb. 2022 il Azərb. KİV-nin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə rəssamlıq sahəsində göstərdiyi uğurlu fəaliyyətimə görə “İlin Adamı” media mükafatı ilə təltif olunub, Ümumdünya Sülh və İnsan Hüquqları Akademiyası tərəfindən rəssamın yaradıcılığı dəyərləndirilərək ona sertifikat göndərilib. “Qızıl fırça” mükafatı laureatıdır. N.Əliyevə həmçinin Ümumdünya Sülh və İnsan Hüquqları üzrə ədəbi forumda iştirak etdiyinə görə sülh elçisi sertifikatı verilib. O, Ümumdünya İcəsənət Təşkilatı tərəfindən “Doktorluq dərəcəsi” sertifikatı ilə təltif olunub. Gənc rəssam ana dilindən başqa, rus, türk, ingilis, fransız, alman, isveç və ispan dillərində sərbəst danışır.
Məlumat N.Əliyevdən alınıb.