(28.12.1920, Göyçay ş. – 18.3.1988, Bakı ş.) – iqtisad ü.f.d., dos.
Orta məktəbi bitirdikdən sonra Göyçay r. Pedaqoji Məktəbinə daxil olmuşdur. Təhsilini davam etdirmək üçün ADU-nun İqtisadiyyat fakültəsinə qəbul olub. 1950-88 illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” kafedrasında dos. vəzifəsində çalışmışdır. Bir çox monoqrafiyaların və elmi məqalələrin müəllifi olmuşdur. İşlədiyi müddətdə, demək olar ki, Göyçay r-nun təsərrüfat və sənaye sahələrində işləyən əksər mühasib və iqtisadçıların yetişdirilməsində böyük rol oynamışdır.
Mənbə: Göyçay rayon MKS