(11.5.1954, Zərdab r-nunun Gəlmə k.) – RF-nin fəxri inşaatçısı (2004).
Əslən göyçaylı olan R.İsmayılovun atası müəllim olub və onun işi ilə əlaqədar bir müddət Zərdab r-nu Gəlmə k.-də yaşayıblar. 1961 ildə Göyçay r-nunun Alxasava k. 8 illik məktəbin 1-ci sinfinə qəbul olub, 1971 ildə İnçə k. orta məktəbini bitirib. 1971 ildə Ç.İldırım adına AzPİ-yə qəbul olub. 1976 ildə AzİMİ-də Sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirib. 1976 ildə təyinatla RF-nin Krasnodar diyarının Novorossiysk ş.-nə, Xüsusi inşaat trestinə göndərilib. Baş icraçı, baş mühəndis, baş direktor vəzifələrini icra edib.
Bu illər ərzində RF tərəfindən bir neçə dəfə mükafatlandırılıb. R.İsmayılov 2004 il 25 iyul tarixində RF-nin fəxri inşaatçısı adına layiq görülüb. 2004 il 17 may tarixində Cənub federal ərazisinin fəxri inşaatçısı, 2011 il 22 martda “İnşaatda xidmətinə görə” ordeni ilə təltif olunub. Bunlardan əlavə, çalışdığı müəssisənin çoxsaylı medalları ilə təltif olunub.
Əmək veteranıdır. Hazırda Novorossiysk Dövlət Federal Unitar Müəssisəsinin “Xüsusi Tikinti Baş İdarəsi”ndə Sosial məsələlər üzrə rəis köməkçisi, veteranlar şurasının sədri kimi fəaliyyət göstərir.
Məlumat R.İsmayılovdan alınıb.