(1.9.1973 Göyçay r-nunun Çayarxı k. – 17.7.1992, Ağdərə r-nunun Umudlu k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
K. orta məktəbində 8 il təhsil aldıqdan sonra 58 saylı Texniki Peşə Məktəbində sənətə yiyələnib. Bir müddət k.-də əmək fəaliyyəti ilə məşğul olub. Elə oradan da hərbi xidmətə yola düşüb. Kəlbəcərin Qılınclı və Ağdaban, Ağdərə r-nunun Zəylik, Artek, Umudlu k.-lərində gedən döyüşlərdə iştirak edib. Umudlu k. ətrafında baş verən döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.