27.11.1949, Göyçay ş.) – Əməkdar həkim (1990).
N.Nərimanov adına ATİ-ni bitirib (1971). 1971-99 illərdə Göyçay r-n Gigiyena və Epidemiologiya Mərkəzində Sanitariya-gigiyena şöbəsinin müdiri, 1999–2022 illərdə Göyçay r-n Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə çalışır. 1974–2018 illərdə səhiyyə işçiləri Həmkarlar İttifaqının Göyçay r-n şurasının sədri olub. SSRİ səhiyyə nazirinin 30 may 1986 il tarixli əmri ilə “SSRİ Səhiyyə əlaçısı” döş nişanı ilə, Azərb. Təbiəti Mühafizə Cəmiyyətinin 17 sentyabr 1985 il tarixli qərarı ilə “Təbiətin mühafizəsində fəal iştirakına görə” xatirə medalı ilə təltif edilib. Rayonda malyariya xəstəliyi, xüsusi təhlükəli yoluxucu xəstəliklər olan poliomelit, qara yara, difteriya və s. xəstəliklərin ləğv edilməsində aparılan yüksək səviyyəli profilaktik tədbirlərə görə Ümumdünya Səhiyyə Təşkilatının “Gümüş” döş nişanı, Avropa regional bürosunun, SSRİ və Azərb. Resp. səhiyyə nazirliklərinin fəxri fərmanları, sertifikatları ilə təltif edilib.
Məlumat A.Məmməddən alınıb.