Vaxtilə Ərəbcəbirli k.-də qədim məscid olmuşdur. Bu məscid indiki r-n 9 saylı məktəbin ərazisində yerləşirdi. İkinci Dünya müharibəsindən əvvəl məscid 4 otaqlı məktəb edildi. Hal-hazırda k.-də yeni bir məscid fəaliyyət göstərir. Məscid 2000 ildə Asiya Müsəlmanları Komitəsi tərəfindən təsis edilmişdir.
Bina (14 m x 9 m) 126 kv.m-dir. İbadət zalının 2 qiblə tərəfdə, 2 şm. tərəfdə, 2 ş.-də, 2 q.-də olmaqla 8 pəncərəsi və zala daxil olmaq üçün şm. hissədə 1 qapısı vardır. Pəncərə başları arkalıdır. Məscidin 9 m hündürlüyündə 1 şərəfəli minarəsi vardır. Minarə binanın q.-də yerləşir. Məscidin damı ağ dəmir örtüklə örtülmüşdür. Ümumiyyətlə, bu məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 71-72.